Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
1971-ci il təvəllüdlü M.Hüseynov 2 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə həmin şəxs dostu tərəfindən bıçaqlanıb.
Milli.Az