Auranı necə bərpa etmək olar?

11 Yanvar 2022 23:45

Aura və ya biosahə bizim qoruyucu sahəmiz və incə bədənimizdir, odur ki, auranın pozulması insanın xəstlənməsinə, sağlamlıqdan psixoloji problemlərə qədər bir çox narahatçılıqlara səbəb olur.

Publika.az oxucuları auranın təmizlənməsi ilə bağlı maraqlı faktlar və rituallarla tanış edir.

Aura qabığı bütövlüyünün pozulması adətən tez-tez qəzəbləndikdə və ya başqalarının aqressiyasına məruz qaldıqda baş verir. Bu kimi hallarda tez-tez pis göz və ya şəxsi xarakterin problemləri haqqında danışırlar. Əslində, ikisi də bir insanın sağlamlığına, cansağlığına və şansına təsir göstərir.

Aura hansısa film və ya nağıl qəhrəmanı olan zalım cadugərlər tərəfindən pozulmur. Onu güclü energetikası olan istənilən insan poza bilər. Biosahənin hücuma məruz qalması - neqativ yüklü duyğusal enerjinin sərbəst buraxılmasıdır.

Məsələn, bossun işdə sizə acıqlanması, həyat yoldaşınızın səsini yüksəltməsi, ictimai nəqliyyatda kiminsə bağırması biosahənin pozulmasına gətirib çıxarır. Bu növ hücumların ən təhlükəlisi auranın psixoloji cəhətdən normal olmayan insanın neqativ hücümunu qəbul etməsidir. Heç bir təhqir və ya bağırtı olmya bilər, sadəcə baxışlarda sezilən kin və enerjidən porsiya tullantısı da kifayət edir ki, aura pozulsun.

Baxışla ödürmək də mümkündür, zarafat etmirik. Hətta rəssamlar öz əsərlərində bunu dəfələrlə sübut edib. Gücün tükənməsi, ümumi narahatlıq, bəzən yüngül titrəmə, məntiqsiz qorxu, hərdən isə panik-atakların olması aura pozulmasının əsas əlamətlərindəndir. Əgər bütün bu əlamətlər, xüsusilə səbəbsiz qorxu varsa, bu, adi kəskin resiptor infeksiyaları deyil, həm də auranın pozulması və bəd nəzərdir. Bu, müalicə olunur.

Bunun üçün nənə-türkəçarəçiləri axtarmaq və xalq təbabəti ilə müalicə edən insanların yanına qaçmaq lazım deyil. Onların əksəriyyəti cahil insanları "dürüstcə" aldatmaqla məşğuldur. Sağlam insanda bu, bir neçə gün ərzində öz-özünə keçir. Əgər özünüz və ya başqaları vəziyyəti daha da ağırlaşdırmırsa, aura bərpa olunur.

Əgər bir həftə ərzində heç nə keçmirsə, əksinə xroniki uğursuzluqlar üst-üstə gəlirsə və yaşamaq arzusu ölürsə, bu, çox güman ki, bəd nəzər deyil, cadudur.

Auranın təmizlənməsi və bərpası

Bəzi energetiklər auranın bərpası üçün enerji yükləməyi məsləhət görür, amma bu, faydasızdır. Deşikli bir vedrəyə su tökməyin heç bir mənası yoxdur, onsuz da axıb gedəcək. Enerji də eyni ilə. Odur ki, əvvəlcə deşikləri bağlamaq lazımdır.

1. Ayağa durun, ayaqları azca əyin və nəfəsi sakitləşdirin. Özünüzə təskinlik verin ki, indi auranı və sağlamlığınızı bərpa erdəcəksiniz. Gülümsəyin.

2. Fikirləri qovun, qiymətləndirmə faktoru prosesə mane olur.

3. Boşalmış qolları yanlara, irəli və yuxarı doğru uzadın. Bu zaman barama qabığının elastik sərhəddini hiss etməyə çalışın. Böyük ehtimalla sərhəddi ilk cəhddən hiss etmək mümkündür. Onu işıqdan hansısa bir paket kimi düşünün. Onun forması kəpənək baraması kimi milşəkillidir.

4. Bədəni hərəkətə gətirmədən baramanı öz oxu ətrafında döndərməyə cəhd edin. Sadəcə bunu təsəvvür edin. Əvvəlcə zəif gedəcək və elə görünəcək ki, heç nə baş vermir. Başqa heç nə haqda düşünməyin. Sadəcə edin. Düşüncə və ağıl bu praktikanın düşmənləridir. Onlara fikir verməyin. Baramanın yarımdönüşü nəfəs alın, ikincilər yarımdönüşündə isə nəfəs verin. Həm saat əqrəbi istiqamətində, həm də saat əqrəbinin əksi istiqamətibndə 10 dəfə dövrə vurun.

5. Otağın içində dolaşın və heç nə haqqında düşünməməyə çalışın. Əvvəlki bəndi təkrarlayın, amma bu dəfə baramanın dişikləri var. Qoruyucu qabıq isə bal kimi yapışqan və axıcı olub, o, öz-özünə yapışır. Bədən ətrafında dönərkən deşiklər bu yapışqan qabığa bulaşır və boşluqları bərkidir. Həm saat əqrəbi istiqamətində, həm də saat əqrəbinin əksi istiqamətibndə 10 dəfə dövrə vurun. Bu, praktikaya hakim olduqdan sonra, əvvəlki bənd lazımlı deyil.

6. İndi auranın heç bir deşiyi yoxdur, hər şey böyüyür və sıxılır. Bundan sonra istənilən hücumları dəf etməyə qadir olan bütöv və elastik bir auranız olacaq. Odur ki, bu mənzərəni beyninuizdə canlandırın.

7. Növbəti mərhələdə dərhal böyük diqqət tələb edən hər hansı işlə məşğul olun. Bu, beyni yeni işin öhdəsindən gəlmək üçün auranı bərpa etməyə məcbur edəcək. Nəticə dərhal şüuraltını ələ keçirəcək.

Bir müddət sonra auranın təmizlənməsi sadəcə bir neçə dəqiqə vaxt aparacaq. Bu praktikaların əsas açarı - vizuallıq, bütün düşüncələri və niyyətləri aradan qaldırmaqdır.

Milli.Az