Damarlarımızın əsas düşmənləri. Onlar bizi gizlicə öldürür!

11 Yanvar 2022 08:59

İnsan yaşlaşdıqca damarların sağlamlığı pozulur - damarlar elastikliyini itirir, daha kövrək olur, partlamaya meyilli olur, damarların daxilində xolesterin yığılır ki, nəticədə damarlar daralır və bəzən hətta tam qapanır.

Bu dəyişiklikləri mümkün qədər ləngitmək üçün damarların sağlamlığına zərbə vuran amilləri bilmək və onları həyatından mümkün qədər kənarlaşdırmaq lazımdır.

Bu amillər hansılardır?

1. Trans yağlar (marqarin və s.). Saglamolun.az bildirir ki, məhz bu yağlar damarların əsas düşmənlərindəndir. Təbii kərə və bitki yağları əksinə damarların sağlamlığını qoruyur, xüsusilə bu zeytun yağına aiddir.

2. Şirniyyatlar, şəkər, şirin içkilər. Şəkər damarların daxili divarını iltihablaşdırır ki, belə iltihablaşmış damarda xolesterin daha sürətlə yığılır.

3. Tərkibində fosfatlar olan məhsullar - kolbasa, sosis və s.

4. Siqaret çəkmək. Bu damarların sıxılmasına, qan dövranının pozulmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur.

5. Yüksək təzyiq. Yüksək və nəzarət olunmayan təzyiq damarları zədələyin, onların partlaması riskini artırır.

6. Şəkərli diabet. Yuxarıda dediyimiz kimi, şəkər damarları iltihablaşdırır. Diabet zamanı qanda şəkərin səviyyəsi yüksək olduqdan damarlar tez qocalır.

7. Aşağı fiziki aktvlik. Fiziki aktivlik zamanı qan dövranı yaxşılaşır, damarlar genişlənir, damarlarda trombların əmələ gəlməsi riski azalır. Passiv insanın bədənində isə əksinə troblaşma riski yüksək olur.

Milli.Az