Qırmızı soğan bu xəstəlikdən də qoruyurmuş

11 Yanvar 2022 06:01

Alimlər qırmızı soğanı ən faydalı soğan növü hesab edirlər. Quelf Universiteti (Kanada) alimləri qırmızı soğanın xərçəng toxumalarına olan təsirini araşdırıblar.

Onlar belə nəticəyə gəliblər ki, qırmızı soğanın tərkibində olan kversetin və antosian maddələri bağırsaq xərçəngi toxumasının artmasını ləngidir.

Saglamolun.az bildirir ki, araşdırmanın nətcələri Food Research International jurnalında dərc olunub.

Kversetin DNT-ni zədələyən və xərçəngin inkişafına təkan verən sərbəst radikalları neytrallaşdırır və həmçinin orqanizmə iltihabəleyhinə təsir edir.

Antosian maddələri də qımızı soğanın xərçəngəleyhinə xüsusiyyətlərini daha da artırır.

Mütəxəssislər xərçəngin profilaktikası məqsədi ilə qidalanmaya daha tez-tez qırmızı soğanı daxil etməyi tövsiyə edirlər.

Milli.Az