“Monako”da yeni baş məşqçi

4 Yanvar 2022 17:37

Fransanın "Monako" klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Liqa 1 təmsilçisinin "sükan"ı Filipp Klemana tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 47 yaşlı belçikalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Kleman son olaraq Belçikanın "Brügge" komandasını çalışdırıb. O, "Monako"da istefaya göndərilən Niko Kovaçı əvəzləyib.

Milli.Az