Ukrayna çətin durumda: Rus qazını qəbul edəcək?

4 Yanvar 2022 16:00

Pessimist bir ssenaridə Ukrayna qaz idxalı problemi ilə üzləşə bilər və tranzit borudan Rusiyanın mavi yanacağını çəkməyə məcbur olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın "Naftoqaz" şirkətinin keçmiş rəhbəri Andrey Kobolev deyib.

O qeyd edib ki, optimist ssenariyə əsasən, kifayət qədər idxalı təmin etmək üçün Kiyev ən böyük dövlət şirkətini dəstəkləməli və bunun üçün 2-6 milyard dollar tapmalı olacaq.

"Əks halda, "Naftoqaz" həm pul çatışmazlığı, həm də idxal məhdudluğu səbəbindən gündəlik kəsiri ödəmək üçün kifayət qədər qaz idxalını təmin edə bilməyəcək", - deyə o bildirib.

Milli.Az