Berbok Vaşinqtona gedir: Ukrayna müzakirəsi...

4 Yanvar 2022 14:52

Yanvarın 5-də Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşmək üçün Vaşinqtona səfərə gedəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda tərəflərin Rusiya-Ukrayna münaqişəsini, Rusiya ilə gələcək dialoq, iqlim, xarici siyasət və demokratiyanın gücləndirilməsi məsələlərini müzakirə edəcəyi vurğulanıb.

Milli.Az