Vətən müharibəsində igidlik göstərib, qəhrəmancasına şəhid olan qəhrəmanlarımızdan biri də Amin Rzayevdir. O, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, uşaqlıqdan hərbçi olmaq, Xocalının faciəsində həlak olanların, xəsarət alanların qisasını almaq ən böyük arzusu idi. Söhbət Gədəbəy sakini Amin Rzayevdən gedir.
O, 2000-ci ildə rayonun Çobankənd kəndində anadan olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçumuz 44 günlük vətən müharibəsində Tərtərin Talış və Suqovuşan kəndlər, eləcə də Laçın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
Qəhrəmanımız 2020-ci il oktyabrın 2-də elə Füzulidə gedən hərbi əməliyyatlar zamanı şəhadətə ucalıb.
Qəhrəman şəhidimizin doğum günündə məzarı ziyarət edilib. Ruhuna dualar oxunub.
Amin Rzayev şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Milli.Az