2022-ni qarşılamadan ayrıldılar

4 Yanvar 2022 13:52

Türkiyənin məşhur cütlüyü, aktrisa Hande Erçellə aktyor Kərəm Bürsinin ayrıldığı iddia olunur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, onların yaxınlarının açıqlamasına görə, cütlük ayrıldıqlarını reklam çəkilişlərinə xələl gəlməməsi üçün gizlədir. Onların Yeni ili birgə qarşılamaması da iddiaları doğruldub.

Qeyd edək ki, Hande ilə Kerem "Sen çal kapımı" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlamışdı.

Milli.Az