Yeni “Matrisa” dünya üzrə 100 milyon dollardan çox gəlir əldə edib

4 Yanvar 2022 10:15

Kianu Rivz və Kerri Enn Mossun rol aldığı elmi-fantastik franşizanın davamı olan "Matrisa: Diriliş" dünya üzrə 106 milyon dollardan çox gəlir əldə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, premyeradan sonrakı gəlir göstəricisinə görə film yalnız "Oxu 2" animasiyasından geri qalıb.

Yeni "Matrisa"nın gəlirinin ciddi şəkildə artacağı gözlənilir. Belə ki, yanvarın 14-də onun Çində nümayişinə başlanacaq.

Milli.Az