Bakıda 42 yaşlı kişi özünü bıçaqlayıb

4 Yanvar 2022 08:24

Bakıda intihara cəhd hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Xocahəsən qəsəbəsinə 1980-ci il təvəllüdlü Məlikov Rəşad Ağamalik oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az