Sabunçuda iki qadın dəm qazından zəhərlənib

4 Yanvar 2022 08:32

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Yaqubova Vüsalə İman qızı, Ramana qəsəbəsində 1986-cı il təvəllüdlü Məmmədli Şahnaz Həşim qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az