Moskvada yanğında 3 nəfər ölüb

4 Yanvar 2022 08:48

Yanvarın 4-nə keçən gecə Moskvanın cənubunda yerləşən Çaritsıno rayonunda yaşayış binasının mənzillərindən birində güclü yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı ikisi qadın, biri kişi olmaqla 3 nəfər ölüb. Qadınların yanaraq dünyasını dəyişib. 1982-ci il təvəllüdlü kişi isə yanmamaq üçün 5-ci mərtəbədən tullanıb. Aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az