Siyəzəndə zəhərlənmə hadisəsi olub

4 Yanvar 2022 08:28

Siyəzən rayonunda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Əsgərova Lamiyə Heydər qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az