Bakıda qadını avtomobil vurub

4 Yanvar 2022 08:08

Bakının Xətai rayonunda bir nəfəri avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ qəsəbəsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Nəzərova Lətafət Əmir qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az