Moskva-Xabarovsk təyyarəsi hava limanına qayıdıb

4 Yanvar 2022 09:00

Moskvadan Xabarovsk şəhərinə uçan "Boeing-777" sərnişin təyyarəsinin mühərrikində baş verən nasazlıq səbəbindən Şeremetyevo hava limanına qayıdaraq eniş edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə aviasiya dairələrindən bildirilib.

Eniş normal şəkildə baş tutub. Xəsarət alan olmayıb. Problemin səbəbləri araşdırılır.

Milli.Az