Avstriyanın Azərbaycandakı səfirliyinin açılış mərasimi keçiriləcək
5 May 2010 14:25
Bu barədə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib. O bildirib ki, səfirliyin açılışı ilə əlaqədar Avstriyadan yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək. Qonaqlar Azərbaycan rəhbərliyi ilə görüşlər də keçirəcəklər.
Qeyd edək ki, Avstriyanın Azərbaycandakı səfirliyi faktiki olaraq 2009-cu ilin sonundan fəaliyyətə başlayıb.