İranda daşqınlar nəticəsində 3 nəfər öldü

3 Yanvar 2022 16:48

İranın cənubunda güclü yağış və daşqınlar nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən 24 saat ərzində İranın Hörmüzqan, Fars və Sistan və Bəlucistan əyalətlərində güclü yağışlar daşqınlara səbəb olub.

Daşqınlar nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az