Tanınmış aktyor həbs edildi

3 Yanvar 2022 16:35

"The Office" serialında Todd Paker obrazını canlandıran aktyor Devid Keçner həbs edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor avtomobilini idarə edərkən yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən polis tərəfindən saxlanılıb. Yoxlama zamanı Devidin spirtli içki qəbul etdiyi ortaya çıxıb.

O, sərxoş halda avtomobil idarə etdiyi üçün haqqında həbs qərarı qəbul edilib.

Milli.Az