Azərbaycanlı aktrisanın çəkildiyi serial dayandırıldı

3 Yanvar 2022 15:36

"Show TV"də yayımlanan "Üç kuruş" serialının baş rol ifaçısı, aktyor Uraz Kayğılaroğlu koronavirusa yoluxub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Urazdan başqa çəkiliş meydançasında yer alan heyətin digər üzvlərinin də test nəticələri pozitiv çıxıb. Ekran işinin hər iki rejissoru da COVID-19 səbəbindən özünü təcrid edib.

Bu səbəbdən serialın çəkilişləri təxirə salınıb.

Qeyd edək ki, ekran işinin digər baş rollarını azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, və Ekin Koç canlandırır.

Milli.Az