Gürcü oğrular həbs edildi - 1 qadının sayəsində

3 Yanvar 2022 11:18

Fransa polisi Elzas regionunda fəaliyyət göstərən 3 gürcü oğrunu saxlayıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları Alzas və Voj departamentlərində oğurluqla məşğul olan dəstəni bir qadının sayıqlığı nəticəsində yaxalayıb. 

Kolmar şəhərindəki evinin qarşısında duran şəxslərin davranışından şübhələnən qadın polisə xəbər verib. Qanun keşikçiləri hadisə yerinə gələrək 3 nəfəri saxlayıb. 

Onların ölkədə yaşamaq müddəti bitmiş Gürcüstan vətəndaşları olduğu müəyyən edilib. Dəstə üzvlərinə qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.  

Milli.Az