Xaçmazda 26 yaşlı gənc intihar edib

2 Yanvar 2022 20:03

Xaçmazda yerli sakin intihar edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Aşağıoba kəndində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Fuad Qeybulla oğlu Ağasıyev heyvanlar üçün istifadə edilən yardımçı tikilidə özünü asıb.

İntiharın səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az