Şəmkirdə 52 yaşlı qadın özünü istixananın hovuzuna atıb

2 Yanvar 2022 19:57

Şəmkirdə intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində yerləşən istixanada qeydə alınıb.

52 yaşlı (hələlik adı məlum deyil - red.) qadın özünü istixananın hovuzuna atıb. Qadının meyiti sudan çıxarılaraq adiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az