2021-ci ildə instaqramda ən çox bəyəni toplayan 10 paylaşım

2 Yanvar 2022 19:31

İnstaqram 2021-ci ilin ən çox diqqətçəkən paylaşımının siyahısını hazırlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, siyahıda üç yeri Lionel Messi tutub. Hətta siyahıya heç məşhur olmayan şəxsin də paylaşımı daxil olub.

Bu il ən çox bəyənini Kriştian Ronaldu tutub. O, sözügedən paylaşımda Corcina Rodrigeslə əkiz övlad gözlədiklərini bildirib. Həmin post 32,2 milyon bəyəni yığıb.

İkinci yerdə müğənni Arian Qrandenin paylaşımı olub. Onun Dalton Qomeslə evləndiyi postu 26 milyon bəyəni yığıb.

Üçüncü yerdə Kayli Cennerin 24 milyon toplayan paylaşımı yer alıb.

Dördüncü yerdə Billi Ayliş dayanıb ki, o, 23 milyon bəyəni yığıb. Siyahının beşincisi olan Messi 22 miyon bəyəni toplayıb.Altıncı yerdə qərarlaşan Billi Ayliş da 22 milyon bəyəni yığıb.

Yeddinci və səkkizinci yerdə də yenə Messi yer alıb. Siyahının doqquzuncusu məşhur olmayan bir qız olub. Onun videosu 20 milyon bəyəni toplayıb.

Siyahıda onuncu isə Tom Holland olub. Onun paylaşımı 19 milyon bəyəni yığa bilib.

Milli.Az