Plastikin orqanizmə mənfi təsirləri məlum oldu

2 Yanvar 2022 18:08

Kaliforniya Universitetinin biotibbi elmlər üzrə mütəxəssisi Changcheng Zhou-nun rəhbərlik etdiyi alimlər qrupu plastikdə olan kimyəvi elementlərin ürək-damar sisteminə mənfi təsir göstərə biləcəyini aşkar ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar ftalatların plazmadakı xolesterinin artmasına səbəb olduğunu aşkar ediblər. Ftalatlar - plastik əşyaların elastikliyini və davamlılığını artırmaq üçün onlara əlavə edilən bir qrup maddələrdir.

Orqanizmə düşdükdə ftalatlar xolesterolun daşınması üçün zəruri olan əsas zülalların sintezinə səbəb olur. Nəticədə, insanın ürək-damar xəstəliklərinə tutulma riski artır.

Milli.Az