Kənanla Beren yeni ilə səhnədə öpüşərək girdi - VİDEO

2 Yanvar 2022 15:25

Türkiyəli müğənni Kənan Doğulu Yeni ili Antakyada səhnədə qarşılayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sevənlərinə unudulmaz anlar yaşadan müğənni aktrisa həyat yoldaşı Beren Saatı da səhnəyə dəvət edib.

O, Berenlə rəqs etdikdən sonra dodağından öpərək səhnədən yola salıb.

Daha sonra isə Beren Saat Luna parkda öpüşdükləri an lentə alınan şəkli İnstaqram hesabında paylaşıb.

Milli.Az