Qazaxıstanın cənubunda yerləşən Taraz şəhərində yeni il şənliyi zamanı bayram üçün bəzədilən şam ağacı yanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisə Şəhər Meydanı Arbat-da yanvarın 1-i saat 00:06-da baş verib.
Səbəbi hələ də müəyyənləşməyən yanğın 15 dəqiqə sonra söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Milli.Az