Əyləncə məkanı yas yerinə döndü

2 Yanvar 2022 09:40

ABŞ-ın Qalfort şəhərində (Missisipi ştatı) Yeni il əyləncə gecəsində atışma nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sun Herald" nəşri polisə istinadən bildirib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, tədbirdə dava olub və o, atışmaya çevrilib. Üç nəfər yaralanıb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Milli.Az