Premyer Liqada 100 qırmızı vərəqə alan ilk klub

1 Yanvar 2022 21:27

"Arsenal" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün 21-ci turda "Mançester Siti" ilə qarşılaşan London təmsilçisi matçın 59-cu dəqiqəsində azlıqda qalıb. Qabriel ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu, "Arsenal"ın Premyer Liqada indiyədək aldığı 100-cü qırmızı vərəqə olub. Bununla da "topçular" Premyer Liqada 100 qırmızı vərəqə həddinə çatan ilk klub olub.

Milli.Az