Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

1 Yanvar 2022 21:13

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sarıcalar kəndində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Kazımova Mədinə Səməd qızı və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) yüngül xəsarət alıb. M.Kazımova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az