Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı

1 Yanvar 2022 18:59

"Ötən 2021-ci il Ermənistan üçün çətin il oldu".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən deyib.

"2021-ci il müharibənin dəhşətləri səbəbindən yaranan sosial-psixoloji və siyasi böhranla başladı. Bəzən elə təəssürat yaranırdı ki, müharibədən sonraki həyəcan idarəolunmaz hal alacaq, xaosa və vətəndaş qarşıdurmasına çevriləcək", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan hələ müharibənin sarsıntısını dəf etməyib və hələ uzun müddət də etməyəcək.

Milli.Az