Türkiyədə kütləvi dava baş verib: Bıçaqlananlar var

1 Yanvar 2022 16:34

Türkiyənin Tekirdağ vilayətində onlarla xarici ölkə vətəndaşının iştirak etdiyi kütləvi davada üç nəfər bıçaq xəsarəti alıb.

Ətrafda yaşayan sakinlər gecə yarısı baş verən insidenti anbaan telefonlarına çəkərək ictimailəşdiriblər.

Əraziyə gələn polis bir neçə şəxsi saxlaya bilib.

Yaralı dava iştirakçıları xəstəxanaya yerləşdirilib.

Polis hadisənin təfərrüatını araşdırır.

Milli.Az