"Mançester Yunayted"in nəticələrindən narazıyam" - Ronaldo

1 Yanvar 2022 12:40

"Mən "Mançester Yunayted"in nəticələrindən narazıyam. Biz hamımız narazıyıq. Buna əminəm. Bilirik ki, ürəkdən çalışmalı, indikindən yaxşı oynamalıyıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo özünün İnstaqram səhifəsindəki  Yeni il paylaşımında bildirib.

"Qoy Yeni il bu mövsümün dönüş ili olsun. Gəlin, 2022-ci ili yüksək ruhla və güclü mentalitetlə qarşılayaq. Gəlin, hər şeyi edək ki, klubu ulduzların  yanına çatdıraq və onu əvvəl harada idisə, ora da qaytaraq.

Yeni iliniz mübarək. Tezliklə görüşərik".

Milli.Az