Azərbaycana hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilib

1 Yanvar 2022 00:25

Bu gündən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı vergidən azad edilib.

Milli.Az bildirir ki, bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilib.

Milli.Az