Zelenski Baydenlə danışacaq

31 Dekabr 2021 23:45

Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də ABŞ Prezidenti Co Baydenlə danışıq aparacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna rəhbəri şəxsi Twitter hesabında məlumat verib.

Zelenski bildirib ki, ABŞ Ukraynanın strateji tərəfdaşıdır. Bazar günü keçiriləcək danışıqların məqsədi Ukraynada sülh və Avropada təhlükəsizlik naminə atılacaq addımları koordinasiya etməkdir.

Milli.Az