Bulvarda atəşfəşanlıq olacaq

31 Dekabr 2021 18:59

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bakıda atəşfəşanlıq olacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, atəşfəşanlıq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Dənizkənarı Parkda baş tutacaq atəşfəşanlıq Yeni ilin ilk dəqiqəsində gerçəkləşəcək.

Milli.Az