Ukraynada koronavirusdan ölənlərin sayı 100 min nəfərə çatır

31 Dekabr 2021 16:43

Ötən sutka ərzində Ukraynada yeni növ koronavirusa (COVİD-19) 7 029 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxma hallarının sayı 3 667 649-a çatıb.
Son sutkada 209 nəfər COVİD-19-dan ölüb. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 95 899 nəfərə çatıb.

Milli.Az