Tehranın cənub-qərbində torpaq çöküb

31 Dekabr 2021 16:25

Tehranın cənub-qərbində torpaq çöküb.

Milli.Az APA-ya istinadən bildirir ki, çökmə Nəsimşəhr bölgəsində baş verib.

Çökmə nəticəsində 12 evin dağılması ehtimalı olduğu üçün əhali təxliyə edilib.
15 metr dərinliyində baş verən torpaq çökməsinin səbəbi olaraq bu bölgədə olan qurumuş yeraltı su qaynaqları göstərilib.

Nəsimşəhr Tehranın 15 kilometr cənub-qərbində yerləşir .

Milli.Az