ABŞ-da meşə yanğınlarıyla əlaqədar 30 min insan evakuasiya edilib

31 Dekabr 2021 14:45

ABŞ-ın Kolorado ştatında Boulder dairəsində meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət elan olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kolorado qubernatorunun ofisi məlumat yayıb.

Yanğınlarla əlaqədar 30 min insan evakuasiya edilib.

Boulder dairəsində meşə yanğınları nəticəsində 5 min ev yanıb.

Bundan əvvəl Kanzas ştatında meşə yanğınları 2 nəfərin ölümünə səbəb olub.

Milli.Az