Moskva aeroportlarında 90-dan çox aviareys təxirə salınıb

31 Dekabr 2021 13:52

Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 90-dan çox aviareys ləğv edilib, yaxud təxirə salınıb.

Milli.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, "Domodedovo" Beynəlxalq Aeroportunda 20 reys təxirə salınıb, 2 reys ləğv edilib.

"Vnukovo" Beynəlxalq Aeroportunda 12 aviareys təxirə salınıb, 3 aviareys ləğv edilib.

"Şeremetevo" Beynəlxalq Aeroportunda isə 49 aviareys təxirə salınıb, yaxud ləğv edilib.

Milli.Az