Tovuzda iki sərxoş kişini maşın vurub

30 Dekabr 2021 23:59

Tovuzda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Ələsgər Ələkbərov və 1992-ci il təvəllüdlü Orxan Hüseyonovu vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə vaxtı hər iki şəxs sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az