Əsl vəhşilik: cəhənnəmə dönən xəstəxana? - FOTO
6 Mart 2012 09:28
Ölkədə ötən ildən bəri davam edən etiraz aksiyalarının mərkəzi sayılan, fasiləsiz gülləbaran edilən və top atəşlərinə tutulan Homs şəhərindəki hərbi hospital da inanılmaz vəhşiliklərin yaşandığı məkana dönür.
Ötən həftə hökumət qoşunlarının genimşiqyaslı hücumundan sonra müxalifət qüvvələrinin geri çəkildiyi, Əsəd tərəfdarlarının əlinə keçən Homs şəhər hospitalında yaralı müxalifətçilərə divan tutulur.
Milli.Az "Əl Cəzirə"yə istinadən bildirir ki, hospitalda çalışan sanitarlardan biri baş verənləri mobil telefonla çəkib.
Həmin görüntülər dünən Britaniyanın "Channel 4 News" telekanalında nümayiş olunub.
Kadrlardan aydın görünür ki, yaralı müxalifətçilər çarpayıya qandallanıblar. Onlar rezin kabel və borularla döyülürlər.
Yaralıların bədənləri aldıqları zərbələrdən qançır bağlayıb, göyərib.
Beynəlxalq Qırmızı Xaç Təşkilatı bu gün bəyan edib ki, özünü Əbu Həmzə kimi təqdim edən şəxsin çəkdiyi kadrlar Homsdakı hərbi hospitalda baş verən vəhşiliklərə dəlil-sübutdur.
Kadrları fransız reportyor Mani həyatı ilə risk edərək Homsdan çıxarıb.
"Onlar yaralı müxalifətçilərin əl-ayaqlarını bağlayır, sonra ağır işgəncələr verirlər. Huşunu itirənlərin üstünə soyuq su töküb ayıldırlar. Bir yaralının isə başını divara çırpıb öldürdülər. Yaralılar arasında 14-15 yaşlılar da var", - Əbu Həmzə deyir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Channel 4 News