Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşə BİLƏR

30 Dekabr 2021 22:27

"Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər".

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV24" kanalına müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda baş tutacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün qarşılıqlı nümayəndələr təyin edib.

Milli.Az