Qəbələdə yol kənarında kişi meyiti aşkarlandı

30 Dekabr 2021 20:48

Qəbələ rayonunda kişi meyiti aşkarlanıb.

Milli.Az bildirir ki, bu gün səhər saatlarında Mıxlıqovaq kəndi ərazisində, yol kənarında kişi meyiti tapılıb.

Müayinə zamanı məlum olub ki, meyiti tapılan şəxs rayonun Mirzəbəyli kənd sakini 1966-cı il təvəllüdlü Mübariz Əlövsət oğlu Kərimovdur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az