"Namiqi meyxanaçı edən mən olmuşam" - Aygün Kazımova

30 Dekabr 2021 18:00

"Mənimlə sirdaş olacaq sənət adamı Faiq Ağayev və Rəhim Rəhimlidir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" proqramında deyib. Müğənni "Evinizə gəlib-gedən, sizinlə sirdaş olan sənət adamı var" sualını cavablandırıb.

Yalnız kişi sənət adamları ilə dostluq edən Kazımova "Deyirəm, Namiqi (meyxanaçı namiq Qaraçuxurlu - red.) meyxanaçı edən mənəm, inanmırsınız" sözlərini əlavə edib.

Milli.Az