Ramazan ayının başlama tarixi bilindi

30 Dekabr 2021 21:27

2022-ci ildə Ramazan ayının başlama tarixi açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin paylaşdığı 2022-ci il Miladi təqvimində bildirilib.

Vurğulanıb ki, gələn il Ramazan ayı aprel ayının 2-də başlayacaq, mayın 2-3-ü isə bayram qeyd olunacaq.

Qədr gecələri aprelin 19, 21, 23 və 27-dir.

Milli.Az