"Günü-gündən dəyəri düşən, qiyməti qalxan dünya" - VİDEO

30 Dekabr 2021 14:06

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, müğənni Akif İslamzadənin "Ötən günlərimi qaytaraydılar" mahnısını yayımlayıb. Daha sonra Əlizadə paylaşımına bunları da əlavə edib:

"Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Eh. Günü-gündən dəyəri düşən, qiyməti qalxan dünya".

Qeyd edək ki, Vüsalə Əlizadə hazırda "ATV" kanalında yayımlanan "7 canlı" verilişinin aparıcısıdır. 

Milli.Az