Nərmindən rəqsini lağ edənlərə reaksiya

30 Dekabr 2021 19:42

Son vaxtlar səhnə preformansı ilə müzakirə obyekti olan müğənni Nərmin Kərimbəyova rəqsinə lağ edənlərə ismarış göndərib.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, "Atv Səhər" verilişinin qonağı olan  N.Kərimbəyova  ittihamları belə cavablandırıb:

"Savadlı, özünü dünyagörüşlü hesab edənlər, hətta  jurnalistlər belə hesab edirlər ki, çox şey bilirlər və tənqid edə bilərlər. Rəqsdən başı çıxmayan insan "o niyə elə hərəkət edir" deyir. Özləri bacarmır, xoreoqrafiyanın nə olduğunu qanmırlar. Bu cür tənqidə fikir vermək niyyətində deyiləm".

Milli.Az