"Apple" şirkəti son günlər ABŞ-da koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının sürətlə artması səbəbindən Nyu-York ştatındakı bütün mağazalarını bağlayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, "Apple" şəhərdə sürətlə yayılan COVID-19 virusunun yeni "omikron" ştamı səbəbindən belə qərar verib. Şirkət Nyu-Yorkdakı 11 mağazasını bağlayaraq satışlara onlayn davam edəcəyi açıqlayıb.
Məlumata görə, bu, müvəqqəti xarakter daşıyır.
"Apple" sözcüsü işçilər arasında da virusa yoluxanların olduğu bildirib. Mağazaların qeyri-müəyyən tarixə qədər bağlı olacağı açıqlanıb.
Milli.Az