Dəhşətli yol qəzasında 24 nəfər həlak oldu
5 May 2010 13:32
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, qəza zamanı daha 20 sərnişin yaralanıb. Polis hesab edir ki, qəzaya səbəb avtobusun sürücüsünün sukana nəzarəti itirməsi olub. Nəticədə avtobus xəndəyə düşüb və bir neçə dəfə çevrilib. Qeyd edək ki, qəzanın baş verdiyi yolu CAR sürücülərinin çoxu "ölüm yolu" adlandırır. Burada kütləvi insan təlafatına səbəb olan qəzalar sanki ənənə xarakteri alıb.
Milli.Az